02.11. 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin, Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən idman klubunun təşkilatçılığı ilə həyata keçirilən Zəfər gününə həsr olunan “Zəfər tarixi” adlı voleybol turnirinin açılış mərasimi baş tutub. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib daha sonra Vətən uğrunda canından qanından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqlik sükutla yad edilib. Turnirin açılışını Filialın direktoru, dosent X. H. Sultanlı edərək bütün komandalara uğurlar arzu edib. Daha sonra yarış başlayıb.
İlkin mərhələdə üz-üzə gələn komandalardan Admiral və Legion komandaları arasında baş verən 1-ci oyunda Legion 2-0 hesabı ilə qalib gəlib. 2-ci oyunda Zenit komandası ADPU Elite komandasını 2-0 hesabı ilə məğlub edib. 3-cü oyunda Legion komandası Unikal üzərində 2-0 hesablı üstünlük qazanıb. 4-cü oyunda isə Zenit komandası Zirvə komandası ilə qarşılaşaraq 2 setlik üstünlüklə adını növbəti mərhələyə yazdırıb.
Gərgin və maraqlı keçən oyunların nəticələrinə əsasən, turnirin final mərhələsinə Zenit və Legion komandaları vəsiqə qazanıblar.




