Xəbərlər

26 sentyabr 2026-cı ildə ADPU Cəlilabad filialında “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərs keçirilib.
Tədbirdə ADPU Cəlilabad filialının direktoru, dos. X.H.Sultanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova, Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Elm və Təhsil Nazirliyi sektor müdiri Hilal Salmanov, Qərbi Azərbaycan İcmasının üzvü, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, p.e.ü.f.d, dos. Dəyanət Musayev, Prezident kitabxanasının direktoru, f.e.d, prof. Afət Abbasova, Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Məmmədov, f.ü.f.d, dos. şair-publisist Şərəf Cəlilli, ADPU Müasir Azərbaycan dili kafedrasını müdiri, f.e.d, dos. Könül Səmədova, ADPU filologiya fakültəsinin dekanı, f.ü.f.d, dos. Könül Həsənova, filialın professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və əməkdaşları, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı ilk növbədə gələn qonaqları salamlayaraq bugünkü tədbirin çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb və filialın tarixi barədə tədbir iştirakçılarına geniş məlumat təqdim edib.
Daha sonra söz ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova təqdim edilib. O, öz çıxışında Qərbi Azərbaycanın tarixi yaddaşımızı əks etdirən maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə ətraflı məlumat verib.
Tədbirin davamında Elm və Təhsil Nazirliyi əməkdaşı, Rövşən Ağayev, Şair-publisist Şərəf Cəlilli, Prezident kitabxanasının direktoru Afət Abbasova mövzu ətrafında çıxış ediblər.
Daha sonra filialın Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri, A. İbişov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, t.e.d, dos. V.Mahmudova, filialın tələbələri, Şəhid kapitan Rəşad Abdullayevin bacısı A. Fərəcova, I.Cabbarov, X.Əliyev, M.Hüseynzadə mövzu ətrafında çıxışlar edərək öz suallarını ünvanlayıblar.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələrin Qərbi Azərbaycanın tarixi və mədəni irsi barəsində məlumatların genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub. Tədbir tələbələrin suallarının cavablandırılması, qarşılıqlı disskusiya xarakterli davam edib.
ADPU Calilabad filialında “Qərbi Azərbaycan Mərkəzinin yaradılması barədə tədbir rəsmiləri ilə razılığa gəlinib.
Tədbir sonunda Filial rəhbərliyi tərəfindən gələn qonaqlara Təşəkkürnamə” və gül dəstəsi təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.