17  fevral  2025-ci il tarixində  ADPU-nun  Cəlilabad filialında 2024/2025-ci tədris ili üzrə “Pedaqoji internaturanın başlanması ” ilə əlaqədar açılış konfransı keçirilib. Konfrans  2  mərhələdə təşkil olunub.  Əvvəlcə filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  və Məktəbəqədər təhsil ixtisasının  IV tədris ilinin tələbələri, daha sonra  İbtidai sinif müəllimliyi IV tədris ilinin tələbələri və Tarix-coğrafiya müəllimliyi ixtisasının V tədris ilinin tələbələri ilə konfrans keçirilib.
Konfransda  ADPU Cəlilabad filialının direktoru, dosent  X.H.Sultanlı,  Pedaqoji fakültənin dekanı  M.Rəhimova,  Pedaqoji təcrübə rəhbəri B.Məhərrəmov, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı ,Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri E.Muradlı, ,  professor-müəllim heyəti , struktur  bölmə rəhbərləri, əməkdaşları  və buraxılış qruplarının tələbələri iştirak edib.
Konfransı giriş nitqi ilə açan filialın direktoru, dosent  X.H.Sultanlı  pedaqoji internaturanın  tələbələrin  fəaliyyətlərində mühim rol oynadığını qeyd edərək onlara uğurlar arzu edib.
Pedaqoji fakültənin dekanı M.A.Rəhimova buraxılış qruplarının tələbələrinə  pedaqoji internatura  dövründə etməli olduqları vacib məqamları izah edib.
Pedaqoji internatura  rəhbəri  B.Məhərrəmov  təcrübə ilə bağlı tələbələrin təhkim olunduqları məktəb və qrupların siyahısını tələbələrə təqdim edib.
Daha sonra filialın professor-müəllim heyəti tələbələrə təcrübə dövründə uğurlar arzu ediblər.
Konfransın sonunda tələbələr  müəllimlərə öz təşəkkürlərini bildirərək filialla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.




