Xəbərlər

17 noyabr 2026-cı il tarixində ADPU Cəlilabad filialında Milli Dirçəliş Günü münasibətilə ümumfilial tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, baş müəllim A.Səlimzadə, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Filial direktoru, dosent X.H.Sultanlı, artıq altı ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunduğunu bildirərək, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımızın azad edildiyini vurğulayıb. Baş müəllim Ə.Mirzəzadə çıxışında qeyd etmişdir: “1992-ci ildən etibarən 17 noyabr rəsmi olaraq Milli Dirçəliş Günü elan edilmişdir. 1988-ci il hərəkatının xalqın milli şüurunu oyatması və müstəqilliyə gedən yolu açması, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması – Dirçəliş ideyasının ən ali zirvəsi hesab olunur”.
Tədbirdə filial tələbələrindən B.Heseynova, Z.Şabılı çıxışları ilə tədbirin gedişinə xüsusi abu hava qatıblar.
Tədbirin sonunda Milli Dirçəliş Gününə həsr olunan video-çarx izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.