18 sentyabr 2026-cı il tarixində ADPU Cəlilabad filialında “Dövlət Suverenlik günü”nə həsr olunan tədbir keçirilib.Tədbirdə Tədris və Elmi İşlər üzrə direktor müavini, c.ü.f.d E.Muradlı, Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.Namazova, Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə miras qoymaq üçün həyatını bu yola həsr etdiyini vurğulayıb. Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini vurğulayıb.
Tədbirin davamında Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, ən çətin dönəmlərdə belə Ulu Öndərin Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiyini bildirib.
Daha sonra filialın tələbələri İ.Əhmədli, M.Rüqəyya Dövlət Suverenlik günü ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.




