Elm və İnnovasiyalar şöbəsi 2022-ci ildən ADPU Cəlilabad filialının struktur bölməsi olaraq fəaliyyət göstərir.

Şöbə filialın elmi-tədqiqat işlərinin planlaşdırılması, yerinə yetirilməsi, nəticələrin istehsalatda və tədris prosesində tətbiq olunması haqqında hesabatların tərtib olunması, elm və elmi-pedaqoji kadrların attestasiyası, müzakirədən keçirilməsi, müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində tətbiqini həyata keçirir.

Şöbə fəaliyyətində aşağıdakıları rəhbər tutur.

  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikasının qanunları ;
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və sərəncamlarını;
  • ADPU-nun Nizamnaməsini ;
  • Filial direktorunun əmrlərini, filialın əsasnaməsini;
  • Filialın Strateji İnkişaf planını;
  • Şöbənin Əsasnaməsini;