Ümumi şöbə

Keyfiyyətin təminatı şöbəsi
Şöbənin vəzifələri:
-Filialda keyfiyyətin artırılması, o cümlədən müəllim və tələbələrin hazırlıq səviyyəsinin artırılmasına yönəlmiş tədbir və təkliflərin hazırlanması;
-Filialda keyfiyyətin artırılması məqsədilə layihələrdə iştirak, eləcə də Azərbaycanın və xarici ölkələrinin təcrübəsinin öyrənilməsi və tətbiqi;
-Filialın fəaliyyəti ilə bağlı akkreditasiya üzrə qəbul olunmuş dövlət təhsil standartlarının və digər normativ hüquqi aktların tələblərinin icrasına nəzarət etmək.

Şöbə öz vəzifələrinin təmin edilməsi üçün aşağıdakı funksiyaları həyata keçirir:
-Filialda, eləcə də Filialın profilinə uyğun olan müəllim hazırlığı sahəsində keyfiyyətin artırılması ilə bağlı ehtiyacları müəyyən edir;
-Filialda, eləcə də Filialın profilinə uyğun olan keyfiyyətli müəllim hazırlığı sahəsində müəyyən edilmiş ehtiyaclara uyğun olaraq tədbirlər təşkil edir;
-Təhsil sahəsində, eləcə də Filialın profilinə uyğun olan müəllim hazırlığı sahəsində məlumatların toplanmasını, öyrənilməsini və lazımi nəticələrin çıxarılmasına köməklik edir;
-Dünya ölkələrinin ali təhsil sahəsində keyfiyyətin təminatı sahəsində təcrübəsinin öyrənilməsi və ali təhsilin inkişafı üçün təkliflər hazırlayır;
-Filialın strateji inkişaf planının işlənib hazırlanmasında və onun həyata keçirilməsində iştirak edir;
-Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının heyətinin təlim ehtiyaclarını öyrənir və bu ehtiyacların aradan qaldırılmasında kömək edir;
-Beynəlxalq standartlara cavab verən (ESG uyğun olaraq) qaydaların işlənib hazırlanması və keyfiyyətin təminatı üçün beynəlxalq təşkilatların tədqiqatlarının nəticələrini araşdırır;
-Filialda professor-müəllim heyətinin, kafedraların və dekanın illik fəaliyyətinin Reytinq Qiymətləndirilməsi ilə bağlı ADPU-nun rektor yanında komissiyasının fəaliyyətini əlaqələndirir, reytinqlə bağlı müvafiq işləri, o cümlədən sənədləşmə prosesini təşkil edir.

There are many variations of passages of Lorem Ipsum available, but the majority have suffered alteration in some form, by injected humour, or randomised words which don’t look even slightly believable.