2000 -ci ildən ADPU-nun Cəlilabad filialında “Kitabxana” fəaliyyətə başlamışdır.Həmin ildən başlayaraq şöbənin işinin yaxşılaşdırılması və əlçatanlığı üçün daim yeniliklər istiqamətində addımlar atılır. 2022-ci il tarixdən “Kitabxana və elektron resurslar şöbəsi”nə çevrilmişdir.Tələbə və akademik heyətin kitabxanadan istifadə imkanları da xeyli əlçatandır.Yeni dərsliklərin, metodik vəsaitlərin,bədii ədəbiyyatların və digər resursların alınıb kitabxanaya gətirilməsi ilə əlaqədar daim rəhbərliklə əlaqə saxlanılır və lazım olan zəruri vəsaitləri vaxtında kitabxanaya daxil edilir. Həmçinin tələbələrin də kitabxanadan və oxu zalından istifadəsi həmişə əlçatandır. Hər bir tələbə və akademik heyətə hər vaxt isti münasibət bəslənmiş və onların zəruri məlumatlandırılması mümkün qədər təmin edilir .Kitabxananın işçi heyəti bu sahədə öz peşəkarlıqlarını göstərdikləri üçün “Kitabxana günü “ adlı keçirilmiş tədbirdə direktorluq tərəfindən Fəxri fərmanla təltif olunmuşlar.Hazırda kitabxanamızda 10460 kitab oxucuların ixtiyarındadır.
Kitabxananın vəzifələri:
- Mütəxəssislərə məlumat və kitabxana xidməti göstərməklə respublikada pedaqoji elmin və
təhsilin inkişafına fəal kömək edir.Oxucular arasında yenilikləri yayır və təbliğ edir.
- Müasir informasiya texnologiyalarını kitabxana işinə tətbiq edərkək oxuculara göstərilən
kitabxana və məlumat xidməti sahəsini təkmilləşdirir.
- Filialın profilinə uyğun respublikada nəşr olunan çap məhsullarının alınması,kitab mübadiləsi
hesabına fondunu zənginləşdirir.
Görülən işlər :
- Kitab fondunun təkmilləşdirilməsi üzrə iş aparır,yeni ədəbiyyatı seçir,köhnəlmiş və istifadəyə
yarasız ədəbiyyatı seçir və silir.
- Təhsil işçilərinə,tələbə və müdavimlərə kitabxana xidmətini həyata keçirmək,onların elmi-
metodik və ixtisas biliklərinin artırılmasına kömək etmək.
- Oxuculara oxu zalında və kitabxanada xidmət edilir.
- Oxuculara ədəbiyyat seçməkdə köməklik edilir.
- Kitabxana fondunun Respublikada nəşr edilən elmi-metodik,tədris,pedaqoji,psixoloji,ictimai- siyasi
və profilinə uyğun digər sahələrə aid ədəbiyyatla komplektləşdirir.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri- Cəbrayılov Şahin Hilal oğlu