2008-ci ildən şöbə “Ümumi şöbə” və “Kadrlar şöbəsi kimi fəaliyyətə başlamışdır. Həmin ildən başlayaraq şöbənin işi təkmilləşmiş və 2019-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar şöbələr “Ümumi şöbə”yə çevrilmişdir. 2022-ci il 05 yanvar tarixdə şöbənin adı “İnsan resursları və kargüzarlıq şöbəsi” adlandırılmışdır.

Şöbənin fəaliyyətinin əsas istiqamətləri:

 Kadr təminatı, attestasiya, təltif, hüquqi tənzimləmə sahələri üzrə Təhsil Qanununun və

Əmək Məcəlləsinin müvafiq maddələrinin həyata keçirilməsi;

 İşçinin vəzifə öhdəlikləri və əmək şəraiti ilə tanış etmək, onun hüquq və vəzifəsi

haqqında məlumatın verilməsi;

 Cəlilabad filialının daxili nizam-intizam qaydaları və iş rejimi barədə məlumat vermək;

 Şəxsi işlərin saxlanılması, əmək kitabçalarının qanunauyğun şəkildə tərtib edilməsi;

 Sənədlərin səliqəli saxlanılması və onlardan düzgün istifadə edilməsinin təmin etmək;

 Kadr işləri ilə bağlı məsələlərin Elmi Şuranın müzakirəsinə çıxarılması;

 Daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyatı üzrə strukturlara və

bölmələrə çatdırılması;

 Sənədlərin surətlərinin çıxarılması və lazımi şöbələrə çatdırılması;

İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri: Səlimzadə Afaq Tofiq qızı