20 noyabr 2026-cı ildə ADPU Cəlilabad filialında Fakültə Elmi şurası keçirilib. Şurada Tədris və Elmi İşlər üzrə direktor müavini, c.ü.f.d E.Muradlı, Fakültə Elmi şurasının sədri, p.ü.f.d E.İsmayılova və şura üzvləri iştirak ediblər. Şurada Fakültədə tədris prosesinin təşkili və tədris-metodiki təminatın vəziyyəti, elmi-tədqiqat fəaliyyətinin təşkili və inkişaf perspektivləri, professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin və elmi nəşr fəallığının artırılması,tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, TEC fəaliyyətinin təşkili və tələbə elmi yaradıcılığının stimullaşdırılmaı, tələbələrlə işin təşkili, akademik göstəricilərin yaxşılaşdırılması, tədrisə davamiyyətin və tələbələrin müvəffəqiyyət göstəricilərinin yüksəldilməsi kimi məsələlər müzakirə olunub.




