26.11.2026-cı ildə ADPU Cəlilabad filialında “İbtidai siniflərdə riyaziyyat və onun tədrisi metodikası-1” fənni üzrə İS26 qrupunda “Məsələ həllinin mərhələləri və həlli üsullarına aid çalışmalar” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə Tədris və elmi işlər üzrə direktor müavini, c.ü.f.d E.Muradlı, Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, professor-müəllim heyəti iştirak edib.
Açıq dərs baş müəllim R.Niftullayev tərəfindən təşkil olunub və dərs zamanı məsələ həllinin ardıcıl mərhələləri, fərqli həlli üsullarının tətbiqi və metodik yanaşmalar praktik tapşırıqlar üzərində təhlil olunub. Tələbələrin qrup işləri vasitəsilə əməkdaşlıq etməsi, müxtəlif həll yollarını müzakirə etməsi və nəticələri təqdim etməsi dərsin interaktivliyini və səmərəliliyini daha da artırıb.
Gələcək ibtidai sinif müəllimlərinin peşəkar hazırlığına töhfə verən bu açıq dərsdən fotoları diqqətinizə çatdırırıq.




