Xəbərlər

ADPU Cəlilabad filialının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional bölməsinin birgə təşkilatçılığı ilə ” Müstəqilliyin bərpası günü”nə həsr olunmuş tədbir keçirilib.

16 oktyabr 2026-cı ildə ADPU Cəlilabad filialının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional bölməsinin birgə təşkilatçılığı ilə ” Müstəqilliyin bərpası günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi C.Rəşidov , Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi C.Rəşidov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulayıb.
Filialın direktoru, dosent X.H.Sultanlı çıxış edərək, Azərbaycanın öz tarixində çoxsaylı mübarizələrdən keçərək 1918-ci ildə Qoca Şərqdə ilk müsəlman türk respublikasının qurduğunu söyləyib və bayram münasibəti ilə müəllim və tələbə heyətini təbrik edib.
Tədbirin davamında Filialın tələbələri N.Şirinova, Z.Şabili, D.Bayramova, J.Quliyeva çıxış ediblər.
Daha sonra TGT nəzdində fəaliyyət göstərən “Vətənpərvərlik “ klubu tələbələrinin hazırladığı səhnəcik (A.Məmmədli, L.Quliyeva, S.Fərəcli) nümayiş edilib. Sonda isə “Müstəqilliyin bərpası günü”nə həsr olunan video-çarx tədbir iştirakçılarına təqdim olunub.

Xəbərlər

Cəlilabad rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Cəlilabad rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ADPU Cəlilabad filialının rəhbər heyəti və tələbə kollektivi də iştirak edib.
14 oktyabr 2026-cı il tarixində Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, ADPU Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, filialın müəllim və tələbə heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb.
Rafiq Cəlilov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. Ölkəmizdə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır.
Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumlarının, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb.
Müşavirədə çıxış edənlər Prezident cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan hədəflərin həyata keçirilməsində yerli təşkilatların rolu barədə fikirlərini bölüşüblər.
Tədbirdə müəyyən edilmiş vəzifələrin icrasının təmin olunması, dövlət qurumları ilə YAP-ın yerli təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşıda duran məsələlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xəbərlər

Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Gələcəyi kim yazır?” adlı tədbir keçirildi.

9 oktyabr 2026-cı ildə Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Gələcəyi kim yazır?” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd tələbələrə müasir dünyamızda süni intellektin (AI) əhəmiyyətini başa salmaq və onlarla səmərəli vaxt keçirmək idi.
Tədbirin birinci hissəsində tələbələrə süni intellektin əhəmiyyəti, hansı sahələrdə daha aktiv fəaliyyət göstərməsindən danışıldı. İkinci hissəsində isə tələbələrə bununla bağlı qrup işi verilərək araşdırma aparılması istənildi
Ən sonda tələbələr öz işlərini tədqim etdilər və hər bir qrup qiymətləndirildi.

Xəbərlər

ADPU Cəlilabad filialında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ilə bağlı”

13 oktyabr 2026-cı ildə ADPU Cəlilabad filialında «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ilə bağlı” tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri, əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Cənab Prezidentin çıxışından bəhs edərək bugün ölkəmizin təhlükəsiz, əmin-aman şəkildə yaşamasının ən başlıca səbəbinin Ali Baş Komandanın siyasəti nəticəsində olduğunu vurğulayıb.
Daha sonra Məzun-koordinasiya və karyera üzrə mütəxəssis G.Mirzəyeva çıxış barədə geniş mühazirə materiallarını tədbir iştirakçıları ilə bölüşüb.

Xəbərlər

ADPU Cəlilabad filialında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə təlim keçirilib.

8 oktyabr 2026-cı ildə ADPU Cəlilabad filialında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə təlim keçirilib. Təlimdə Filialın direktoru, dosent X.H.Sultanlı, FHN Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru mayor İlkin Məcidzadə, həmin şöbənin inspektorları kapitan Ə.Abdıyev, leyt. K.Nəciyev və Cəlilabad rayon DYMH-nın rəisi Əlyar Məmmədov, müavini Etibar Abıyev, filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak edib.
Təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının filialın binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.Həmçinin təlim zamanı müəllim texniki heyyət və tələbələr yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb. İlkin od söndürən balondan istifadə qaydaları və yanğın zamanı davranış qaydaları və yanğınsöndürən avtomobil və xilasedici avtomobilin iş prinsipi və avadanlıqlar barədə məlumatlandırılıb.

Xəbərlər

Cəlilabadda “Dini radikalizim və ekstremizimə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici görüş keçirilmişdir.

Cəlilabadda “Dini radikalizim və ekstremizimə qarşı mübarizədə gənclərin rolu” mövzusunda
maarifləndirici görüş keçirilmişdir.
Oktyabarın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Cəlilabad Rayon İcra
Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Lənkəran-Astara Regional bölməsinin təşkilatçılığı ilə “Dini radikalizim və ekstremizimə
qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
Görüşdə Filialın Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, Cəlilabad rayon üzrə Gənclər və İdman sektorunun, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara Regional bölməsinin Cəlilabad nümayəndəliyinin əməkdaşları,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbələri iştirak etmişdir.
Görüşün məqsədi cəmiyyətdə dini dözümlülüyün , qarşılıqlı hörmət və təhlükəsizliyi qorumaq ,xüsusilə
gəncləri radikal ideologiyalrının təsirinə düşməməsinin qarşısın almaqdır.

Xəbərlər

ADPU Cəlilabad filialı müəllimlərinin kitabı nəşr olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Cəlilabad filialının müəllimi, tənqidçi, pedaqoq, f.e.d. prof. Təyyar Salamoğlu ilə Filialın Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri dos. Yədulla Dadaşlının birgə təhqiqat sahəsi ilə “İsmayıl Hikmət, Ədəbiyyat tarixçisi, nəzəriyyəçi, tənqidçi” adlı kitabı işıq üzü görmüşdür. Kitabın layihə rəhbəri və elmi redaktoru f.e.d, prof. ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, ön söz müəllifi f.e.d, prof. AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu, rəyçiləri isə f.e.d, prof. Yaqub Babayev, f.e.d, prof. Yeganə İsmayılova, f.ü.f.d, dos. Razim Məmmədov olmuşdur. Kitab artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Filialın Kitabxana və Elektron Resurslar şöbəsinə təqdim edilərək tələbələrin istifadəsinə verilmişdir.

Xəbərlər

ADPU-nun Cəlilabad filialında I kurs tələbələri arasında qrup nümayəndələrinin seçkisi keçirilib.

ADPU-nun Cəlilabad filialında I kurs tələbələri arasında qrup nümayəndələrinin seçkisi keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2026–2027-ci tədris ili üzrə I kurs tələbələrinin qrup nümayəndələrinin müəyyənləşdirilməsi məqsədilə seçim keçirilib.
Tədbiri giriş sözü ilə açan Pedaqoji fakültənin dekanı, p.ü.f.d E.İsmayılova, yeni qəbul olunmuş tələbələri salamlayaraq onları təbrik edib və qrup nümayəndəsinin fəaliyyət istiqamətləri, vəzifələri və tələbə həyatında rolu barədə ətraflı məlumat verib.
Qeyd edək ki, qrup nümayəndələri 4 qrup üzrə qəbul nəticəsi ən yüksək olan tələbələr arasında, 2 qrupda isə seçki üsulu ilə seçilib.