13 oktyabr 2026-cı ildə ADPU Cəlilabad filialında «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ilə bağlı” tədbir keçirilib.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti, struktur-bölmə rəhbərləri, əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı Cənab Prezidentin çıxışından bəhs edərək bugün ölkəmizin təhlükəsiz, əmin-aman şəkildə yaşamasının ən başlıca səbəbinin Ali Baş Komandanın siyasəti nəticəsində olduğunu vurğulayıb.
Daha sonra Məzun-koordinasiya və karyera üzrə mütəxəssis G.Mirzəyeva çıxış barədə geniş mühazirə materiallarını tədbir iştirakçıları ilə bölüşüb.




