Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəlilabad filialının kollektivi ilə görüşüb

İyunun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov və tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ADPU-nun Cəlilabad filialını ziyarət ediblər.
Rektor Cəfər Cəfərov filialın elmi-pedaqoji heyəti ilə görüşdə Milli Qurtuluş Günü münasibətilə kollektivi təbrik edərək, bu gün ölkəmizin Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevirildiyini, Azərbaycanın MDB məkanında öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa edən yeganə ölkə olduğunu vurğulayıb.
Prof. C.Cəfərov bütün sahələrdə olduğu kimi ali təhsilin, xüsusən regional ali təhsilin də sürətlə inkişaf etdiyini diqqətə çatdıraraq, filial kollektivinə fəaliyyətlərində yeni uğurlar arzulayıb, ADPU-nun geniş şəbəkəsi ilə müəllim hazırlığının flaqmanı olduğunu qeyd edib.

Xəbərlər

15 İyun – MİLLİ QURTULUŞ GÜNÜ!

13 iyun 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Milli Qurtuluş” günü ilə əlaqədar “Azərbaycanın taleyini dəyişən zəfər tarixi ” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültə dekanı M.A,Rəhimova, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.S.Hüseynov və filialın professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tariximizə silinməz izlə yazılan “Milli Qurtuluş” gününə həsr olunmuş video-çarx tədbir iştirakçıları tərəfindən izlənilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos.X.H.Sultanlı bu günün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən bir gün olduğunu, eyni zamanda xalqımızın gələcək həyat müqəddəratını müəyyən edən və tariximizə qızıl hərflərlə yazıldığını, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev sayəsində bu uğurların əldə olunmasını xüsusi vurğulayıb. Pedaqoji fakültə dekanı M.A.Rəhimova qazanılan bütün nailiyyətlərin Ümumilli Lider Heydər Əliyevin zəngin siyasi kursunun nəticəsi olduğunu söyləyib. Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova öz çıxışında Milli məclisin 1993-cü il iyun ayının 15-də keçirilən iclasında Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Azərbaycan Dövlətçiliyinin gələcək inkişafı strategiyasının xalqımızın tarixində vacib rola malik olduğunu, həmçinin Azərbaycanın taleyini dəyişən bu zəfər tarixinin xalqımızın yaddaşına 1997-ci ildən Milli Qurtuluş günü kimi həkk olunduğunu bildirib.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2022/2023-cü tədris ili üzrə Pedaqoji təcrübənin yekunu ilə əlaqədar bağlanış konfransı keçirilmişdir

Rəy yoxdu

26 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında 2022/2023-cü tədris ili üzrə Pedaqoji təcrübənin yekunu ilə əlaqədar bağlanış konfransı keçirilib. Konfransda filialın pedaqoji fakültə dekanı M.A.Rəhimova, pedaqoji təcrübə rəhbəri B.C.Məhərrəmov, Keyfiyyətin təminatı şöbəsinin müdiri D.V.Əliyeva, professor-müəllim heyəti, buraxılış qrup tələbələri, Cəlilabad şəhər R.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru S.Bağırov, Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin direktoru M.Əsədov, Akademik Z.Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbin direktoru S.Şükürova, Cəlilabad şəhər 8 nömrəli Texniki və Humanitar fənlər üzrə məktəb-liseyin direktoru C.Abdullayev, Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin direktoru A.Rzayev, Cəlilabad şəhər 10 saylı uşaq bağçasının müdiri G.Əzizova, Cəlilabad şəhər 2 saylı uşaq bağçasının müdiri A.Ağayeva iştirak ediblər.
Konfransı giriş nitqi ilə pedaqoji fakültə dekanı M.A.Rəhimova açaraq pedaqoji təcrübənin buraxılış qrupu tələbələrinin fəaliyyətlərində mühim rol oynadığını qeyd edərək, əksər tələbələrin sınaq dərslərində müvəffəqiyyət əldə etdiklərini və təhkim olunduqları təhsil müəssisələrindən müsbət, xoş rəylər eşidildiyini vurğulayıb. Daha sonra pedaqoji təcrübə rəhbəri B.C.Məhərrəmov cari ilin buraxılış qruplarının pedaqoji təcrübə ilə bağlı statistik nəticələrinin təhlilini dinləyicilərin diqqətinə çatdıraraq, sınaq dərslərinin məqbul və qənaətbəxş olduğunu söyləyib.
Tədbirdə eyni zamanda ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri çıxış edərək, cari ilin tələbələrinin öz nizam –intizamı, yüksək səviyyədə sınaq dərslərinin keçirilməsi ilə fərqləndiklərini vurğulayaraq ADPU-nun Cəlilabad filialının rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər.
Filialın professor-müəllim heyəti də tələbələrin pedaqoji fəaliyyətə atılan ilk addım sayılan təcrübənin onların həyatında mühim rol oynadığını vurğulayaraq, hər zaman müəllimlik peşəsini, adını uca tutmaları barədə öz metodiki tövsiyyələrini tələbələrin nəzərinə çatdırıblar.
Konfransın sonunda filialın rəhbərliyi tərəfindən pedaqoji təcrübə müddətində tələbələrimizi yüksək səviyyədə qəbul etdikləri və dəstək olduqları üçün ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri təşəkkürnamə ilə təltif olunublar.

Xəbərlər

Müstəqilliyimiz əbədidir!

Rəy yoxdu

26 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada pedaqoji fakultə dekanı M.A.Rəhimova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.S.Hüseynov, Təbiət və riyazi fənlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri F.Mürsəlli, E.İsmayılova, Ş.Namazova, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə pedaqoji fakültə dekanı M.Rəhimova açaraq Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında 1918-ci il mayın 28-də  yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu bildirib. Eyni zamanda bu respublikanın azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu vurğulayıb.
Təbiət və riyazi fənlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi, F.Mürsəlli əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu bildirib. Qısa ömründə müstəqil Azərbaycan Cümhuriyyəti tərəfindən böyük nailiyyətlər və qalibiyyətlərin əldə olunduğunu , ilk dəfə qadınlara seçim hüququ tanıyan, qadınlar və kişilər arasında hüquq bərabərliyinin təmin edildiyini bildirib. Eyni zamanda milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünün təmin edilmesi, iqtisadi islahatların məhz müstəqil Azərbaycan Cümhuriyyəti tərəfindən əldə olunması xüsusi vurğulanıb.
Tədbir tələbələr tərəfindən ünvanlanan sualların cavablandırılması ilə sona çatıb.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı tədbir keçirilib

Rəy yoxdu

17 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əsrə Bərabər Ömür “ adlı ümumfilial tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Cəlilabad rayonunun sabiq Veteranlar və Ağsaqqallar şurasının sədri Əliheydər müəllim, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov, şair, publisist M.Abdullah , Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi R.Əmənov, Cəlilabad rayon musiqi məktəbinin müəllimi C.Əmirov, filialın pedaqoji fakültə dekanı M.Rəhimova, professor-müəllim heyəti, struktur bölmə əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndərimizin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Əsrə bərabər ömür” adlı tədbirin giriş nitqi ilə açılışını filialın direktoru, dosent X.H.Sultanlı edərək, ulu öndərin müasir Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.
Daha sonra Cəlilabad rayonunun sabiq Veteranlar və Ağsaqqallar şurasının sədri Əliheydər müəllim Ümummilli lider Heydər Əliyevlə olan görüşündən unudulmaz xatirələri dinləyicilərin diqqətinə çatdırıb.
Filialın pedaqoji fakültə dekanı M.Rəhimova və baş müəllimlər Ş.Namazova, A.İbişov ulu öndərin fəaliyyətindən və təhsilə verdiyi xüsusi dəyərdən danışıb.
Tədbirdə filialın tələbəsi S.Mahmudovanın ifasında Sən elə bir zirvəsən, Xudayar təsnifi ifa edilib, eyni zamanda R.Qubadova, G.Muradlı, S.Səfərova, R.Şükürlü, A.Qurbanov, Ə.Orucov “Naz eləmə”, “Qoçəli”, “Şən Azərbaycan” rəqsləri böyük maraqla qarşılanıb.
Tədbirdə Cəlilabad rayon musiqi məktəbinin müəllimi C.Əmirovun skripkada filialımızın tələbəsi R.Feyziyevin gitarada Ay Vətən oğlu, Laçınım, məzunlarımız olan A.Əsədovun sintezatorda “Alagözlüm” , A.Tağızadənin “Yaşa Azərbaycan” musiqi ifaları tədbirə xoş abu hava qatıb.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib

Rəy yoxdu

05 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi” münasibətilə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi seminar keçirilib. Seminarda filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültənin dekanı M.A.Rəhimova, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müdiri, Y.Dadaşlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Keyfiyyətin təminatı şöbəsinin müdiri D.Əliyeva, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Ş.Cəbrayılov, kafedranın baş müəllimləri T.İsgəndərov, A.İbişov, X.Talıbova və filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Elmi seminarda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndərin və vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Seminarı giriş sözü ilə filialın direktoru dos. X.H.Sultanlı açaraq Ümummilli liderin təkcə Azərbaycan dilinə qayğı göstərməklə kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı dərinləşdirmək üçün çox işlər gördüyünü vurğulayıb.
Kafedra müdiri, dosent Y.Dadaşlı çıxışında ulu öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan dilinin dünyanın ən qədim dillərindən biri olduğunu sübuta yetirdiyini vurğulayıb.
Daha sonra Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin hazırladığı Ümummilli lider Heydər Əliyevin “Azərbaycan dili və mədəniyyəti” sahəsində olan rolunu əks etdirən videoçarx izlənilib.
Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının müəllimi R.Muradova öz çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşaması və inkişaf etdirilməsində Heydər Əliyevin mühim xidmətlərinin olduğunu vurğulayıb.
Seminarda filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələri S.Ağayeva, X.Fərziyeva, R.Cəfərli, A.Muradova məruzə və şeir ifaları ilə çıxış ediblər.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək”adlı şeir müsabiqəsi keçirilib

Rəy yoxdu

3 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək”adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənərək qiymətləndirilib. Nəticələrə əsasən ilk üç yerin sahiblərini nəzərinizə çatdırırıq:
I yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Muradova Aytən;
II yer –İbtidai sinif müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Feyziyeva Zəhra
III yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Dadaşova Zəkiyyə
Həvəsləndirici yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Cəfərli Rahidə; İbtidai sinif müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Musayeva Məleykə
Qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Hər kəs fərqlidir, hər kəs bərabərdir” mövzusunda elmi seminar təşkil olunub

28 aprel 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, ARTİ-nin fəlsəfə doktorluğu proqramı üzrə dissertantı Səbinə Ataməli qızı İsmayılovanın “Hər kəs fərqlidir, hər kəs bərabərdir” mövzusunda elmi seminarı təşkil olunub. Seminarda “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, kafedranın müəllimləri E.İsmayılova, F.Rzayev, H.Babayeva və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı açaraq seminarın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb.
Daha sonra S.İsmayılova inkluzivlik, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, anomaliyaların səbəbləri, autizm sindromu, hiperaktivlik, daun sindromu kimi aspektlərdən çıxış edərək seminar iştirakçılarına maraqlı informasiyalar verib. Eyni zamanda, tələbələrə müxtəlif suallar ünvanlamaqla seminarı diskussiya şəklində davam etdirib. S.İsmayılova iştirakçılara autizm, daun sindromları və hiperaktivlik haqqında video-çarxlar da nümayiş etdirib. Seminarın sonunda S.İsmayılova hər bir şəxsin fərqli və bərabər hüquqlu olduqlarını vurğulayaraq, insanın sağlamlığında olan hər hansı bir problemin, onun cəmiyyətdə müxtəlif mövqelərdə yer tutmasına əngəl olmadığını, cəmiyyət olaraq sağlamlıq imkanları məhdud uşaqları diqqətdə saxlamağın və qayğı göstərməyin borcumuz olduğunu vurğulayıb.