Xəbərlər

Şəhid Mirlətif Mirislam oğlu Ağayev 20 noyabr 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 1997-ci ildə Göytəpə şəhər 1 saylı tam orta məktəbində ilk təhsilinə başlamış,2008-ci ildə həmin məktəbi bitirərək Tibb Universitetinə daxil olmuş, 2013-cü ildə ali təhsilini başa vurduqdan sonra isə hərbi xidmətə yola düşmüşdü. Ordu sıralarında zabit kimi xidmət edərək 2015-ci ildə ehtiyata buraxılmışdı.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. 247 yaralı əsgəri, 20 şəhidi döyüş meydanından çıxara bilib. Mirlətif Ağayev oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Noyabr ayının 7-sində ata yurdu olan Cəlilabad rayonunun Ləkin kəndində torpağa tapşırılıb.

Azərbaycanınərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə 24.12.2020-ci il tarixli Sərəncama əsasən “Cəbrayılın azad olunmasına görə”, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlikvə bacarıq nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən isə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.