Xəbərlər

23.11.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında “Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi”nin təşkilati dəstəyilə “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası”, “Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası” kafedraları tərəfindən “Şuşa İli”nə həsr olunmuş “Şuşanın görkəmli şəxsiyyətləri” adlı elmi-praktiki seminar keçirilmişdir.
Seminarda ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova, Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri, baş müəllim Eldar Muradlı, baş müəllim Şöhrət Namazova, lobarant Zəhra Məmmədova, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent Yadulla Dadaşlı, baş müəllim Aydın İbişov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, mütəxəssisləri Nadir Babayev, Dəyanət Əskərov və Filialın müxtəlif ixtisas qrupları üzrə tələbələri iştirak etmişlər.
Seminar iştirakçılarını salamlamaqla sözə başlayan Pedaqoji fakültənin dekanı M.Rəhimova tarixi yurdumuz olan Şuşa şəhərinə həsr olunmuş növbəti tədbiri də yüksək qiymətləndirərək təşkilatçılara təşəkkürünü bildirib. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 5 yanvar 2022-ci il Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli”nə həsr olunmasının tariximizə, milli dəyərlərimizə böyük hörmətdən və ən əsası ölkəmizin bütövlüyünə istiqamətlənən misilsiz xidmətlərdən qaynaqlandığını vurgulayıb. Elə bu əsasda Ölkə Rəhbərliyinin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təsadüfü deyildir. Vaxtilə parlaq memarlıq əsərlərilə zəngin olan Şuşamızın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, eləcə də çoxəsrlik zəngin mədəniyyətimizin incisi olan bu ana yurdumuzun təbliği istiqamətindəki işlərin bundan sonra da davam etdirməli olduğumuzun vacibliyini vurğulayıb.
Maraqlı elmi müzakirələr şəraitində keçən Seminarda “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın müdiri, baş müəllim E. Muradlı, baş müəllim Ş.Namazova, lobarant Z.Məmmədova, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının müdiri, dosent Y.Dadaşlı, A.İbişov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, mütəxəssis N. Babayev Şuşa şəhərinin tarixi, mədəniyyəti, ziyalıları, görkəmli elm və incəsənət nümayəndələri haqqında geniş söz açaraq fikirlərini seminar iştirakçıları ilə paylaşıblar.
Müzəffər Ali Baş Komandana, işğaldan qurtarılan torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinə, qazilərimizə və ümumiyyətlə Şuşamızın düşməndən azad edilməsində fədakarcasına əmək vermiş bütün Vətən övladlarına minnətdarlıq ifadə olunaraq, Dövlət-Xalq-Ordumuz üçün daimi birlik və bərabərlik nümayiş etdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.