Xəbərlər

04. 11. 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin, Filialın Həmkarlar Komitəsinin və Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən idman klubunun təşkilatçılığı ilə həyata keçirilən Zəfər gününə həsr olunan “Zəfər tarixi” adlı voleybol turnirinin final oyunu baş tutub.
Finala vəsiqə qazanan iki komanda Legion və Zenit komandaları maraqlı və gərgin oyun nümayiş etdiriblər. İlk iki setin qalibi Legion komandası olsa belə sonradan uğuru geri dönüş edən Zenit komandası 2-0 olan hesabı yekunda öz xeyirlərinə dəyişə biliblər. Final oyununu qalib olan Zenit komandasını təbrik edirik. Legion 2-3 Zenit

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.