Xəbərlər

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsiylə başlanan tədbirdə Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır.

Filialın direktoru, dosent Xudayar Sultanlı tədbiri açıq elan etmiş və Ümummilli Liderimiz Heydər Əliyevin “Müəllim” adına verdiyi yüksək dəyərləri geniş nitqində tədbir iştirakçıların diqqətlərinə çatdırmışdır. Qeyd etmişdir ki, Ulu Öndərimiz öz­lərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tər­biyə еdilib yеtişdiril­mə­sində müəl­lim əməyinə, оnun şəхsiyyətinə hər zaman yüksək qiymət vеrmişdir. O, demişdir ki, müəllim аdı şə­rəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şə­rəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, və­tənpərvər vətəndаş hаzırlаyır; “Müəllim dün­yаdа yеgаnə şəх­siyyətdir ki, cəmiyyət öz gələcəyini – övladlarının tərbiyəsini yаl­nız оnа еtibаr еdir”.

Sonra Ümummilli Liderimizin layiqli davamçısı, Respublikamızın Prezidenti, Cənab İlham Əliyevin bu şərəfli peşəyə verdiyi yüksək qiymətlərdən danışan natiq həmçinin, müəllimlərə hər zaman tələbə qarşısında hazırlıqlı olmaları barədəki tövsiyələrini də dilə gətirmişdir; informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi zamanımızda texnoloji yeniliklərin verdiyi imkanlardan da yararlanaraq tədrisin keyfiyyətinin artırılmasının vacibliyini bildirmişdir. Cənab Prezidentimizin müəllim peşəsinin hörmətli olması barəsindəki fikirlərini və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasının hər zaman diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının diqqətlərinə çatdırmışdır.

Həmçinin, Respublikamızda aparılan təhsil islahatlarının, infrastruktur yenilənmələrinin həyata keçirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevanın gördüyü misilsiz xidmətləri xatırladan filialın direktoru, tədris prosesində qarşıya qoyulan məqsədə nail olmaq üçün professor-müəllim heyətinin fəaliyyətlərinə tam inamını qeyd etmişdir. Müəllimləri peşə bayramları münasibətilə təbrik edərək onların şərəf, məna dolu həyatlarına uğurlar arzulamışdır.

Professor-müəllim heyətini peşə bayramları münasibətilə təbriklə sözə başlayan ADPU-nun Pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimova qeyd etmişdir ki, hər bir müəllimimizin əsas qayəsi “Təhsil Haqqında” qanunda təsbit olunduğu kimi, “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”. Bu baxımdan müəllimlik çox şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli peşədir.

“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Şöhrət Namazova da öz növbəsində müəllim həmkarlarının bayramlarını təbrik edərək, bu müqəddəs peşənin öhdəsindən ləyaqətlə gəlməkdə onlara uğurlar arzulayıb. Müəllim əqidəsinin, ucalığının məramlarından söz açmışdır.

“Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi”, təhsilin inkişafındakı xidmətlərinə görə “Ali kataqoriyalı metodist”, “Qabaqcıl təhsil işçisi” və “Tərəqqi” medallı Nadir Babayev müəllim şəxsiyyətinin ucalığından söz açaraq gələcəyimiz olan gənclərimizin təlim-tərbiyəsi istiqamətində bundan sonra da yorulmadan çalışmağın vacibliyindən danışıb. Qürur mənbəyimiz olan xalqımızın milli-mənəvi sərvətlərinin qorunub saxlanılmasında, onların gələcək nəsillərə çatdırılmasında savadlı, ləyaqətli, vətənpərvər gənclərimizə daha çox ehtiyacın olduğunu dilə gətirdi. Professor-müəllim heyətini peşə bayramları münasibətilə təbrik edib.

Müəllimləri təbrik üçün söz alan filialımızın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Feyziyev Rəhman müəllimlərinin mehriban rəftarından, onların tələbələrinə usanmadan, yorulmadan elmi biliklər öyrətdiyindən, müəllimliyin müqəddəs vəzifə olmasından danışmışdır.

Sonra tələbələrimizdən “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Nəsirov Famil, “İbtidai sinif müəllimliyi” ixtisasından III tədris ili tələbəsi Feyziyeva Zəhranın “Alma almaya bənzər” filmindən “müəllim-şagird” mövzusunda hazırladıqları qısa səhnəcik izlənilmişdir.

Daha sonra “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Rüqəyya Eminovanın çıxışı dinlənilmişdir. O, müəllimlərin peşə bayramlarını poetik parçaların ifasıyla təbrik etmişdir.

Sonda tələbələrimizin hazırladıqları “İmtahan” səhnəciyi izlənilmişdir. Rol icra edən tələbələr “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Babayev Asiman, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV tədris ilinin tələbəsi Qubadova Ramilə maraqlı çıxışlarıyla yadda qalıblar.

Əziz müəllimlərimizi peşə bayramları münasibətilə bir daha təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.