Xəbərlər

Ölkəmizin ən önəmli guşələrindən olan Kəlbəcər rayonunun işğaldan azad olunmasından iki il ötür. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Rəhbərliyi və cəsarətli həmlələrilə 44 Günlük Vətən Müharibəsində Ordumuzun Şanlı Zəfəri daha sonra diplomatik məharətə dönüşmüş, dəmir yumruğun əzmkar iradəsilə düşmən kapitulyasiya aktını imzalamış və işğal etdiyi digər ərazilərin də boşaldılmasına məcbur edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri ilə imzalanmış birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu da işğalçı Ermənistan ordusu tərəfindən boşaldılmış, rayon mərkəzi də daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik..
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.