Xəbərlər

14.12.2022-ci il tarixində ADP-nun Cəlilabad filialında Pedaqoji fakültə üzrə Fakültə Elmi Şurasının iclası olmuşdur. İclasın sədri, ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova gündəlikdə duran məsələləri Şura üzvlərinin nəzərinə çatdırıb. Filialın tədris məsələlərinin bir çox sahələrinə toxunan dekan M.Rəhimova qarşıdan gələn Qış imtahan sessiyasına hazırlıqla bağlı önümüzdə duran vəzifələrdən danışıb. Filialda fəaliyyət göstərən kafedra əməkdaşlarına imtahan proseslərinə hazırlıq işlərinin aparılması ilə bağlı göstərişlərini ünvanlayıb. 2022/2023-cü tədris ilinin Payız semestri üzrə görülən işlər, əldə olunan uğurlar, həmçinin müəyyən aidiyyatı sahələrin daha da inkişaf etdirilməsinin zəruriliyi barədə müvafiq kafedra müdirlərinə tövsiyələrini verib.
2022/2023-cü tədris ilinin I yarısı üzrə tədrisin vəziyyəti və imtahan sessiyasına hazırlıqla bağlı “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Yadulla Dadaşlı geniş hesabat təqdim edərək, bu istiqamətdə fikirlərini əsaslandırıb, aparılmış məqsədyönlü işlər barəsində əhatəli nitq söyləyib.
“Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının müdiri, baş müəllim Eldar Muradlı görülmüş işlər barədə eyni adlı hesabat təqdim edib və imtahan hazırlıq işlərinin sona çatmaqda olduğunu bildirərək Fakültə Elmi Şurasının işinə müvəffəqiyyətlər arzulayıb.
Sonra “Keyfiyyətin təminatı” şöbəsinin müdiri Dürdanə Əliyeva 2022/2023-cü tədris ilinin I semestri boyunca keçirilən akkreditasiya prosesinə toxunaraq işlərin uğurla davam etdirildiyini vurğulayıb. O, qeyd edib ki, professor-müəllim heyətinin elmi araşdırmaları ilə sıx surətdə bağlı olan reytinq qiymətləndirilməsi tədris prosesinin keyfiyyətinin artırılması üçün vacib məsələlərdən biridir və bu tendensiya mütəmadi olaraq davam etdiriləcəkdir.
Sonda cari işlərlə bağlı müxtəlif istiqamətlərdə bir sıra məsələlər müzakirə olunub. Elmi Şura üzvlərinin çoxsaylı sualları sədr M.Rəhimova tərəfindən ətraflı cavablandırılıb. O, Qış İmtahan Sessiyasının təşkili, keçirilməsi qaydalarına toxunaraq bu barədə müvafiq olaraq komissiya, qərargah, koordinatorlar qrupunun yaradılması haqqında məlumat verib. Xatırladırıq ki, Fənn komissiyalarının tərkibinin seçilməsi də Fakültə Elmi Şurasıın müzakirələri arasında yer almışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.