12 noyabr 2026-cı ildə ADPU Cəlilabad filialında “Azərbaycan Respublikasının Konstitusiya Günü” nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, baş müəllim A.Səlimzadə, şöbənin əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan A.Səlimzadə 1991-ci il 18 oktyabrda ,, Azərbaycan Respublikasının müstəqiliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğunu, 1991-1993-cü illərdə məlum səbəblərdən cəmiyyətin bütün sahələrində kəskin böhran başladığını, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışla ölkəni çıxılmazlıqdan xilas edən Heydər Əliyevin öz fenomenal idarəçiliyini həyata keçirdiyini qeyd etdi. 1995-ci il 12 noyabrda Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün əsas qanunvericilik bazası oldu .
Tədbirin davamında filialımızın tələbələri – D.Bayramova, Ə.Kərimli bu tarixi günlə əlaqədar yüksək məharətli çıxışları ilə fərqləniblər.




