4 dekabr 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin Təşkili və Tələbələrlə İş şöbəsinin təşkilatçılığı ilə “Doğma Yurdum Azərbaycan ” adlı şeir müsabiqəsi keçirilib . Müsabiqədə müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tələbələrin şeir ifaları münsiflər heyəti tərəfindən dinlənərək qiymətləndirilib. Nəticələrə əsasən ilk 3 yerin sahiblərini və Həvəsləndirmə ilə təltif olunan tələbələrin siyahısını nəzərinizə çatdırırıq.
I yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi Fətəliyeva Leyla
II yer – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Muradova Aytən
II yer – Məktəbəqədər təhsil ixtisasının I tədris ilinin tələbəsi Mirqiyaszadə Rüqəyya
III yer – İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Məmmədli Gülər
III yer- İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Quliyeva Fatimə
Həvəsləndirmə- Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin tələbəsi Abiyeva Nəzrin, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Tağıyev Ramal, İbtidai sinif müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Əliyev Rəvan.
Qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq .