Xəbərlər

30.12.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Filialın Elmi Şurasının iclası olmuşdur. İclasın sədri, Filialın direktoru, dosent Xudayar Sultanlı gündəlikdə duran məsələlər barəsində Şura üzvlərini məlumatlandırıb. O, Filialın 2022/2023-cü tədris ilinin I semestrinin sona çatması ilə əlaqədar olaraq təəssüratlarını bölüşmüş, tədris məsələlərinin bir çox sahələrinə toxunaraq əldə olunan uğurlar, çatışmazlıqların aradan qaldırılması, əsaslı layihələrin davam etdirilməsi barədə fikirlərini diqqətə çatdırmışdır. Direktor X.Sultanlı qarşıdan gələn Qış imtahan sessiyasına hazırlıqla bağlı son vəziyyət barədə Pedaqoji fakültə dekanlığının, müvafiq kafedraların hesabatlarını dinləyib. Cari və önümüzdə duran gələcək vəzifələrdən danışıb. Respublika Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi demək olar ki, həyatımızın bütün sahələrinə yönəlik uğurlu islahatlarını nəzərə çatdıraraq təhsil sahəsində görülən böyük işlərdən, aparılan islahatlardan danışıb. Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin müvafiq göstəriş və tapşırıqlarını Şura üzvlərinin diqqətinə çatdıraraq tədris prosesi istiqamətində vacib məsələlərə toxunub. Filialda fəaliyyət göstərən Pedaqoji fakültə dekanlığına, aidiyyatı kafedraların müdirlərinə imtahan proseslərinə hazırlıq işlərinin aparılması ilə bağlı göstərişlərini ünvanlayaraq şəffaflığın qorunmasını prioritet məsələ kimi tapşırıb, bu barədə tövsiyələrini vermişdir.
Sonra Pedaqoji fakültə dekanı Mənzilə Rəhimova Qış imtahan sessiyasına hazırlıq işləri barədə hesabatla çıxış edərək, artıq lazımı tədbirlərin görüldüyünü, müvafiq struktur bölmələrilə çalışmalar şəraitində İmtahan prosesinə tam hazır olunduğunu açıqıayıb. Ümidvar olduğunu bildirib ki, əməkdaşların peşəkarlıq səviyyəsinin getdikcə artması qarşıya qoyulan bütün məsələlərin böyük məsuliyyətlə həll olunmasına köməklik göstərəcəkdir. Dekan M.Rəhimova həmçinin Qış İmtahan Sessiyasının təşkili, keçirilməsi qaydalarına toxunaraq bu barədə müvafiq olaraq komissiya, qərargah, koordinatorlar qrupunun fəaliyyət göstərəcəyini açıqlayıb.
Sonda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə iştirakçılara təbrik ünvanlanaraq işgüzar fəaliyyətlərində yeni-yeni uğurlar arzulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.