Xəbərlər

Tədbir tələbələrin ifasında səsləndirilən Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub. Daha sonra, tələbələrin fəallığı şəraitində Azərbaycanın elm və mədəniyyət mərkəzi olan Şuşa şəhərinin yaranmasından, tarixindən bəhs olunan çıxış və ifalardan ibarət ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialından müxtəlif ixtisasları üzrə müsabiqəyə qatılan tələbələrin cərgəsindən 3-cü yerin sahibi müəyyənləşib. Müsabiqə qalibləri uğurlarına görə fəxri fərmanlarla təltif ediliblər.
Müsabiqənin sonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təşəkkür bildirilərək onun yeritdiyi uğurlu, strateji siyasət nəticəsində xalqımızın Vətən adlı həsrətdən və köksündəki ağrı-acılardan xilas edilməsindən, igidlərimizin rəşadət simvoluna çevrilməsindən və müqəddəs torpaqlarımızın üzərini alan qara buludlardan təmizlənərək üzümüzə nurlu sabahların açılmasından bəhs olunaraq; “Azərbaycan bütöv bir bədəndirsə, Qarabağ onun ürəyidir” sözünü layiqincə yerinə yetirməsindən danışılıb. Daha sonra tədbir mübarizlik və mətinlik simvolu olan “Vətəndən pay olmayır” mahnısı ilə sona çatıb.
Müsabiqədə iştirak edən ADPU-nun Cəlilabad filialının “İbtidai sinif müəllimliyi” ixtisası üzrə tələbələrindən II tədris ili tələbəsi Xankişiyeva Ülviyyə Bayram qızı (3-cü yerin sahibi), III tədris ili tələbəsi Mahmudova Sevinc Faiq qızı və sonuncu tədris ili tələbəsi Seyfullayev Tərlan Cankişi oğlu əlavə olaraq müvafiq sertifikatlarla da təltif olunublar.
Qalibləri təbrik edir, vətənimizin daha çox çiçəklənməsi yolunda onlara daimi uğurlar arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.