Xəbərlər

11.03.2023 – cü il tarixində ADPU-nun Cəlilabad filialında “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilib. Şənlikdə filialın direktoru, dosent X.H.Sultanlı, Tərbiyə işləri üzrə sədr A.R.İbişov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, filialın professor – müəllim heyəti, müxtəlif ixtisaslar üzrə qrup tələbələri, Cəlilabad Rayon İncəsənət məktəbinin müəllimi Canəli Əmirov, filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının məzunları olan Asif Əsədov, Anar Tağızadə, balaca qonaqlarımız Yusif Əsədov, Sevinc İsgəndərli və Fatimə İbişli iştirak ediblər.
Tədbirdə ilk olaraq vətən uğrunda canından-qanından keçən şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişən bacı-qardaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Elimizə bahar gəlir” adlı şənliyin açılışını filialın direktoru, dosent Xudayar Sultanlı edib. Daha sonra Anar Tağızadənin ifasında “Xudayar təsnifi” ifa olunub. Cəlilabad Rayon İncəsənət məktəbinin müəllimi Canəli Əmirovun da skripka ifası böyük maraqla izlənilib. Şənlikdə balaca qonaqlarımız Sevinc İsgəndərlinin “Səməni” mahnısı və “Nəlbəki” rəqsi, eləcə də Fatimə İbişlinin səsləndirdiyi “Novruz “ şeiri tədbirə xoş bir abu hava qatıb. Eyni zamanda Cəlilabad rayon Sabirabad kənd tam orta məktəbinin VIII sinif şagirdi Yusif Əsədovun rəqsi izlənilib. Tədbirin sonunda filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Rəhman Feyziyevin gitara və Asif Əsədovun sintezatorda birgə ifaları dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.