Xəbərlər

22 dekabr 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında “Konstitusiya və Suverenlik ili”nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri A.Səlimzadə, Təbiət və sosial filialın baş müəllimləri Ş.Namazova, T.İsgəndərov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasının , heç bir mübaliğəyə yol vermədən, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəri olduğunu bildirib.
Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova , 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildiyini vurğulayıb.
Tədbirin davamında filialın tələbələri A.Məmmədli, S.Fərəcova, F.Eyvazlı tədbirlə bağlı öz çıxışlarını ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.