Xəbərlər

Bu gün Şəhid Qasımov Rəşad Ənvər oğlunun mövludu günüdür. O, 29 mart 2003-cü il tarixində Cəlilabad rayonunun Alar kəndində anadan olmuş, Azərbaycan Bayrağı Ordenli Rauf Quliyev adına 3 saylı Alar kənd tam Orta məktəbini bitirmişdir.
Daha sonra Azərbaycan Respublikasının Ordu sıralarında Hərbi Xidmətə başlayan Rəşad Qasımov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı döyüşlərdə iştirak etmiş, 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhadətə qovuşmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə, ləyaqətlə yerinə yetirərək şəhid olmuş Rəşad Qasımov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” və “Vətən uğrunda” medalları ilə tətif edilmişdir.
Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.