Xəbərlər

31 mart 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Tarixin bir günü və ya bir günün tarixi” adlı tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.N.Namazova, Ə.A.Mirzəzadə, F.M.Mürsəlli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə filialın direktoru, dosent X.H.Sultanlı açaraq Azərbaycan xalqının tarixində silinməz iz buraxan faciələrdən birinin “31 Mart Soyqırımı” olduğunu vurğulayaraq, erməni vandalizminin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən bəhs edib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.A.Mirzəzadə çıxışında 31 Mart Soyqırımı zamanı soyqırım qurbanlarının statistikası barədə məlumat verib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova öz çıxışında 31 Mart Soyqırımı zamanı xarici qüvvələrin ermənilərə dəstəyi ilə Bakı və regionlarda törədilən hadisələrdən danışıb. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncamından bəhs edib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi F.M.Mürsəlli S.Şaumyanın rəhbərlik etdiyi dövrdə 1918-ci ilin mart qırğınının genişlənməsi, daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə geniş məlumat verib.
Tədbirin sonunda filialın İbtidai sinif müəllimliyi ixtisasının III tədris ilinin tələbəsi Z.Feyziyeva şeir nümunəsi ilə çıxış edib. Şeir ifasından sonra 31 Mart Soyqırımının vəhşiliklərini əks etdirən video-çarx nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.