Xəbərlər

05 aprel 2023-cü il tarixdə ADPU Cəlilabad filialında 2023 – cü il “Heydər Əliyev İli” və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar YAP Cəlilabad rayon təşkilatı, ADPU Cəlilabad filialı və Qızıl Aypara Cəmiyyətinin Cəlilabad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider: ” Tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirilmişdir. Tədbir başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səslənmişdir. Tədbiri giriş sözü ilə açan ADPU Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri, ölkəmizin iqtisadi, siyasi və mədəni təşəkkülündəki rolu, təhsilin inkişafı barədə məruzə etmiş, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulamışdır. Sonra çıxış edən I Qarabağ müharibəsi qazisi Maşallah Əliyev, YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Qızıl Aypara Cəmiyyətinin Cəlilabad RB-nin müdiri İlkin Qubadov, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, ADPU Cəlilabad filialının tələbələri Zəhra Feyziyeva və Zəkiyyə Dadaşova Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, son illərdə xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən, əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış möhtəşəm qələbəmizə aparan yoldan, Şanlı Ordumuzun qazandığı böyük zəfərin əhəmiyyətindən söz açmış, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapdığı vurğulanmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti və təhsil sistemi mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Təhsildəki uğurlar və gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Sonda Ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən video-çarx izlənmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.