12.11.2026-cı il tarixində Filialın Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının iclası keçirilib. İclasda kafedranın müdiri, f.ü.f.d. dosent Y.Dadaşlı və kafedra müəllimləri iştirak edib.
İclasın əsas mövzusunu 2026-2027- ci tədris ilinin payız semestrindəki imtahanlara hazırlıqla bağlı kafedranın qarşısında duran vəzifələr, üçillik elmi tədqiqat işinin 2-ci mərhələ hesabatlarının təqdim olunması, kafedranın müəllimi M.Qasımovun dərs vəsaitinin müzakirəsi təşkil edib.




