Xəbərlər

11 aprel 2023- cü il tarixində ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Regional İnkişafın Dəstəklənməsi İctimai birliyinin təşkilatçılığı ilə ”Ailə dəyərlərində kişi və qadınların rolu üzrə maarifləndirmənin təşviqi” layihəsi çərçivəsində təlim keçirilib. Təlimdə Regional İnkişafın Dəstəklənməsi İctimai Birliyinin sədri, layihə rəhbəri Rafət Şirəliyev, ekspert Afiq Məlikov, filialın Tədbirlərin Təşkili və Tələbələrlə İş Şöbəsinin mütəxəssisi Şəmsi Hüseynov , filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə RİD İctimai Birliyinin sədri və layihə rəhbəri Rafət Şirəliyev açaraq layihənin donoru və məqsədləri haqqında iştirakçılara məlumat vermişdir. Eyni zamanda o bildirmişdir ki, layihə Cənub regionunda 5 rayonu əhatə edir . Daha sonra layihənin eksperti Afiq Məlikov çıxış edərək Azərbaycanda ailə institutu və mövcud adət-ənənələr, ailədaxili zorakılıq, formaları və ona qarşı mübarizə tədbirləri, Azərbaycanda nikah və boşanmalar: mövcud vəziyyət, statistika və s. kimi mövzular tələbələrin diqqətinə çatdırılıb. Təlim tələbələrin aktiv iştirakı və onları düşündürən sualların tədbir rəhbərləri tərəfindən cavablandırılması ilə davam edib. İştirakçıların müxtəlif fikir və təklifləri layihə tərəfindən diqqətə alınıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.