17 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əsrə Bərabər Ömür “ adlı ümumfilial tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Cəlilabad rayonunun sabiq Veteranlar və Ağsaqqallar şurasının sədri Əliheydər müəllim, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Hüseynov, şair, publisist M.Abdullah , Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi R.Əmənov, Cəlilabad rayon musiqi məktəbinin müəllimi C.Əmirov, filialın pedaqoji fakültə dekanı M.Rəhimova, professor-müəllim heyəti, struktur bölmə əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndərimizin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. “Əsrə bərabər ömür” adlı tədbirin giriş nitqi ilə açılışını filialın direktoru, dosent X.H.Sultanlı edərək, ulu öndərin müasir Azərbaycan dövlətinin memarı və qurucusu olduğunu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.
Daha sonra Cəlilabad rayonunun sabiq Veteranlar və Ağsaqqallar şurasının sədri Əliheydər müəllim Ümummilli lider Heydər Əliyevlə olan görüşündən unudulmaz xatirələri dinləyicilərin diqqətinə çatdırıb.
Filialın pedaqoji fakültə dekanı M.Rəhimova və baş müəllimlər Ş.Namazova, A.İbişov ulu öndərin fəaliyyətindən və təhsilə verdiyi xüsusi dəyərdən danışıb.
Tədbirdə filialın tələbəsi S.Mahmudovanın ifasında Sən elə bir zirvəsən, Xudayar təsnifi ifa edilib, eyni zamanda R.Qubadova, G.Muradlı, S.Səfərova, R.Şükürlü, A.Qurbanov, Ə.Orucov “Naz eləmə”, “Qoçəli”, “Şən Azərbaycan” rəqsləri böyük maraqla qarşılanıb.
Tədbirdə Cəlilabad rayon musiqi məktəbinin müəllimi C.Əmirovun skripkada filialımızın tələbəsi R.Feyziyevin gitarada Ay Vətən oğlu, Laçınım, məzunlarımız olan A.Əsədovun sintezatorda “Alagözlüm” , A.Tağızadənin “Yaşa Azərbaycan” musiqi ifaları tədbirə xoş abu hava qatıb.