3 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Konstitusiya Günü”nə həsr olunan “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi ” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisləri N.Babayev , Ş Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, “Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasının , heç bir mübaliğəyə yol vermədən, müstəqil dövlətçiliyimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsəri olduğunu bildirib . 1995-ci il iyunun 5-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12 noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etdiyini bildirərək, Ümummilli Liderimiz Heydər Əliyev bu sənədin təkcə dövrün tarixi və siyasi reallıqlarının deyil, bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına çalışdığını və buna da nail olduğunu nəzərə çatdırıb .
Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova 1995-ci il noyabr ayının 12-də Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının qanunu olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildiyini söyləyərək, həmin günün ölkədə ilk Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edildiyini söyləyib . Konstitusiyanın 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olduğunu bildirərək, 2002-ci ilin avqustunda, eləcə də, 2009-cu ilin martında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb .
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri nəticəsində 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirən sənət olduğunu bildirib. Eyni zamanda, bu Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsini, 1918-ci ildə qəbul olunmuş İstiqlal Bəyannaməsini özündə yaşadan, tarixi varisliyi təmin edən fakt olduğunu bildirib.
Tədbir tələbələri maraqlandıran sualların professor-müəllim heyəti tərəfindən cavablandırılması ilə sona çatıb.