18 noyabr 2026-cı il tarixində ADPU Cəlilabad filialında “Sağlam həyata “Hə”, narkotikə “Yox”” mövzusunda maarifləndirici tədbir keçirilib . Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Cəlilabad rayon Polis Şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru Anar Atakişiyev, RİH Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Özal Kazımov Cəlilabad rayon mərkəzi xəstəxanası Poliklinika şöbəsinin müdiri Nəzakət Nəzərli, həkim-psixiatr Sahib Ağayev, Alar kənd ailə Sağlamlıq mərkəzinin müdiri Əfraim Hüseynov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, baş müəllim A.Səlimzadə, professor-müəllim heyəti, struktur bölmələrinin əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.Tədbiri giriş nitqi ilə açan filialın direktoru, dosent X.H.Sultanlı tədbirin günümüzdə çox aktual bir mövzu olan narkomaniyaya qarşı olduğunu bildirərək, tədbir iştirakçılarına belə bəlalardan uzaq olmağı söyləyib . Daha sonra Cəlilabad RPŞ-nin mayoru A.Atakişiyev, RİH-nin əməkdaşı Ö.Kazımov mövzu ətrafında geniş mühazirələr söyləyərək bu tip problemlərlə qarşılaşdıqda onlara məlumat verməyi bildirib. Cəlilabad Mərkəzi Xəstəxanasının şöbə müdiri N.Nəzərli, həkim-psixiatr S.Ağayev, Alar kənd ailə Sağlamlıq mərkəzinin müdiri Ə.Hüseynov narkotik istifadəçilərində nəzərə çarpan vacib məqamları nəzərə çatdırıb və tədbirin davamında tələbələrin ünvanladığı sualları cavablandırıblar. Daha sonra filialın tələbələri Ə.Əliyev, A.Əliyeva öz çıxışlarını ediblər. Tədbirin sonunda video-çarx tədbir iştirakçıları tərəfindən izlənilib.




