Xəbərlər

7 noyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “9 Noyabr Dövlət Bayrağı Günü” nə həsr olunan tədbir təşkil edilib.
Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi T.İsgəndərli, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Ə.Mirzəzadə, eyni kafedranın müəllimi F.Mürsəlli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda canından,qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Müstəqil Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri və dəyərləri müstəqilliyimizin atributiv rəmzi olan bayrağımızda əks olunduğunu vurğulayıb . Eyni zamanda Bayrağın təşkil olunduğu rənglərin, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını göstərdiyini bildirərək , Azərbaycan bayrağı üzərindəki mavi, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verdiyini söyləyib.
Daha sonra filialın “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrası”nın baş müəllimi Ə.Mirzəzadə, hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunduğunu vurğulayaraq, Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bizim xalq üçün mənliyimizi, kimliyimizi ifadə edən xüsusi atribut olduğunu bildirib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli, Milli dövlətçiliyimizin mühim atributiv rəmzlərindən biri olan bayrağımızın müstəqilliyimizin əzəmətini əks etdirdiyini söyləyib. Həmçinin , Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin əsaslarından biri olduğunu söyləyərək , onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılmasınında Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda professor- müəllim heyəti tədbir iştirakçılarını “Dövlət Bayrağı Günü ” münasibəti ilə təbrik edərək , xalqımızın milli mənsubiyyətinin, tarixinin və mənəvi dünyasının rəmzi olan, üçrəngli bayrağımıza daima hörmət etməyin, qorumağın vətəndaşlıq, insanlıq borcumuz olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.