Xəbərlər

AMEA Nəsimi adına Dilçilik İnstitutu ADPU-nun Cəlilabad filialının kitabxana fonduna 500 nüsxə kitab hədiyyə edib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun kitabxana fondu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müraciəti əsasında filialın kitabxana fonduna 500 nüsxə kitab hədiyyə olunub. Bu təşəbbüsü baxımından ADPU Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, professor-müəllim heyəti adından AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə və onun kollektivinə dərin təşəkkürümüzü bildiririk.
Təşəbbüsün əsas məqsədi tələbələrin elmi biliklərinin artırılmasına, mütaliə mədəniyyətinin inkişafına, eləcə də elmi ədəbiyyatdan istifadə imkanlarının genişləndirilməsinə dəstək göstərməkdir.
Professor Nadir Məmmədlinin rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüs elmi biliklərin təbliği, təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi və gənc nəslin maariflənməsi baxımından əhəmiyyət daşıyır.
Kitablar Filialın kitabxana fondunun zənginləşdirilməsinə, tələbələrin mütaliə imkanlarının genişləndirilməsinə, elmi dünyagörüşünün formalaşmasına və intellektual inkişafına mühüm töhfə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.