Xəbərlər

28 aprel 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, ARTİ-nin fəlsəfə doktorluğu proqramı üzrə dissertantı Səbinə Ataməli qızı İsmayılovanın “Hər kəs fərqlidir, hər kəs bərabərdir” mövzusunda elmi seminarı təşkil olunub. Seminarda “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov, kafedranın müəllimləri E.İsmayılova, F.Rzayev, H.Babayeva və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri E.V.Muradlı açaraq seminarın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayıb.
Daha sonra S.İsmayılova inkluzivlik, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, anomaliyaların səbəbləri, autizm sindromu, hiperaktivlik, daun sindromu kimi aspektlərdən çıxış edərək seminar iştirakçılarına maraqlı informasiyalar verib. Eyni zamanda, tələbələrə müxtəlif suallar ünvanlamaqla seminarı diskussiya şəklində davam etdirib. S.İsmayılova iştirakçılara autizm, daun sindromları və hiperaktivlik haqqında video-çarxlar da nümayiş etdirib. Seminarın sonunda S.İsmayılova hər bir şəxsin fərqli və bərabər hüquqlu olduqlarını vurğulayaraq, insanın sağlamlığında olan hər hansı bir problemin, onun cəmiyyətdə müxtəlif mövqelərdə yer tutmasına əngəl olmadığını, cəmiyyət olaraq sağlamlıq imkanları məhdud uşaqları diqqətdə saxlamağın və qayğı göstərməyin borcumuz olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.