Xəbərlər

16 noyabr 2023-cü ildə ADPU-nun Cəlilabad filialında ” Milli Dirçəliş Günü”nə həsr olunan tədbir keçirilib.
Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı , Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.Namazova, müəllim F.Mürsəlli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, bu gün Milli Dirçəliş Gününü , ərazilərimizin 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələrinə qarşı li baş komandanımızın və ordumuzun qalibiyyəti, Zəfəri ilə qeyd etdiyimizi vurğulayıb .Eyni zamanda gələcək nəsillərin bu dirçəlişi , bu müstəqilliyi sonsuza qədər aparacağı və yeni nəsillərə ötürəcəyinə xüsusilə inandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Təbiət və sosial elmlər onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli öz çıxışında, Müstəqillik gününü xalqımızın ötən əsirdə hansı çətin yollarla əldə edildiyi barədə məlumat verərək, hər zaman dövlətimizin mübariz , əzmkar və qəhraman dövlət olduğunu bildirib.
Daha sona tədbirdə iştirak edən Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Nəcəfli Fidan , eyni ixtisasın 5-ci kurs tələbəsi Yarıyeva Nuranə , “Milli Dirçəliş Günü” ilə bağlı öz təəssüratlarını professor -müəllim heyəti və tədbir iştirakçıları ilə bölüşüb.
Tədbir sonunda ” Milli Dirçəliş Günü”nə həsr olunan video çarx nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.