Xəbərlər

21 iyun 2025-ci il tarixində ADPU-nun Cəlilabad filialında 2024/2025-ci ilin buraxılış qruplarının “Məzun günü” keçirilib. Tədbirdə filialın direktoru dosent X.H.Sultanlı, Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı, İnzibati işlər üzrə direktor müavini A.Ağahüseynov, Pedaqoji fakültənin dekanı M.Rəhimova, filialın professor-müəllim heyəti, digər struktur bölmələrin əməkdaşları və müxtəlif ixtisasların tələbələri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirə 2024/2025-ci tədris ilinin buraxılış qrupları dəvət olunublar.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı ilk olaraq məzunları təbrik edib və həyatlarının bundan sonrakı dövründə onlara uğurlar arzulayıb.
Tədris və Elmi işlər üzrə direktor müavini E.Muradlı bu gün məzunların universitetə, tələbəlik həyatına əlvida dediyini vurğulayaraq tələbəlik illərinin acılı – şirinli anlarının artıq geridə qaldığını bildirib.
Pedaqoji fakültənin dekanı M.Rəhimova məzunları təbrik edib, onları müqəddəs müəllimlik peşəsinin adını hər zaman ucalarda daşımağa və ona layiq olmağa səsləyib.
Eyni zamanda 2024/2025-cü tədris ilinin məzunları və onların valideynləri də çıxış edərək, bu gün yaşadıqları hislərin çox unudulmaz və əvəzsiz olduqlarını bildirərək, bu illər ərzində onlardan öz diqqət, qayğı və sevgilərini əsirgəməyən professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.
Daha sonra məzun tələbələrin hazırladığı musiqi ifaları oxunub.
İS 21 qrupunun ifasında “Ey həyat sən nə qəribəsən”, AƏ 21 qrupu “ Cavanlığım”, TC 20 qrupu “ Yandırdın qəlbimi aman” , MT 21qrupu “ Hayat bayram olsa” səsləndirilib.
Tədbir şən musiqi ifasında müəllim- tələbə heyətinin qarşılıqlı rəqs etməsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.