3 iyun 2025-ci ildə ADPU-nun Cəlilabad filialı və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi arasında “ Əməkdaşlıq Memorandumu” imzalanıb.
Memorandum ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktor vəzifəsini m.i.e Vəliağa Məmmədov tərəfindən imzalanıb. Əməkdaşlıq Memorandumunun imzalanmasında əsas məqsədini regional əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığında və təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması , bu əməkdaşlığın birgə layihələr və təcrübə mübadiləsi vasitəsilə tərəflərin potensialından səmərəli istifadə olunmasını təşkil edib.
