Xəbərlər

ADPU Cəlilabad filialında 2023/2024-cü tədris ilinin I yarısında bütün ixtisas və kurslar üzrə təhsil alan 582 nəfər tələbədən 3 nəfəri qızılca xəstəliyinə yoluxmuşdur. Onlardan 2 (iki) nəfər 3 (üç) həftəlik karantin müddətin başa vurub, tam sağalaraq dərslərinə davam edirlər. Bir nəfərin isə hazırda müalicəsi davam edir. Payız mövsümündə respirator xəstəliklərin çoxalmasını nəzərə alaraq Filialın tibb xidmət işçisi müntəzəm olaraq tələbələrin sağlamlıq vəziyyəti ilə yaxından maraqlanır və zəruri tədbirlər görülür. Filialın Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə dezinfeksiya müqaviləsi mövcuddur. Müqavilə əsasında Filialda mütəmadi dezinfeksiya işi aparılır ki, bu da tələbə və əməkdaşların sağlamlığının qorunması üçün zəruri proses hesab edilir.
Xəbər saytlarında müəssisəmiz haqqında verilmiş məlumatda göstərilən 10 (on) nəfərin yoluxması həqiqəti əks etdirmir. Pedaqoji faükltə dekanı olaraq bu barədə AzərTac və Xəzər TV-nin götürdüyü videomüsahibədə də ətraflı məlumat vermişəm.
ADPU Cəlilabad filialının Pedaqoji fakültə dekanı M. A. Rəhimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.