Xəbərlər
Rəy yoxdu

15 may 2025-ci ildə ADPU-nun Cəlilabad filialı və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü” nə həsr olunan tədbir keçirilib. Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Filialın elmi katibi N.Babayev, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X.Xəlilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu G.İbrahimova, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının pediatrı D.Qurbanov, Filialın baş müəllimləri F.Rzayev, A.İbişov, İ.Bağırov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə Filialın direktoru, dosent X.H.Sultanlı açaraq bu tədbirin ölkəmizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət etdiyini vurğulayıb. Eyni zamanda müstəqil Azərbaycanda dövlət, ailə siyasətinin əsas prinsiplərinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Filialın elmi katibi N.Babayev öz çıxışında ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində vacib tədbirlərin həyata keçirildiyini söyləyib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı X.Xəlilova Beynəlxalq Ailə Gününün BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunduğunu bildirərək, Azərbaycanın 2008-ci ildən bu ənənəyə qoşulduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.