15 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2025/2026-cı tədris ilinin başlanması ilə əlaqədar I tədris ilinin tələbələri və valideynləri ilə oriyentasiya görüşü keçirilib. Görüşdə filialın Tədris və Elmi işlər üzrə direktor müavini E.V.Muradlı Filialın yaranma tarixi, ixtisaslar, 2025/2026-cı tədris ilində qəbul olunan tələbə statistikası, hər bir tələbənin bilməli olduğu zəruri terminlər barədə ətraflı məlumat verib. Daha sonra Filialın elmi potensialı, qarşıya qoyulan hədəflər, təqaüdün təyin edilməsi, təqaüd balları, təhsil haqlarının ödənilmə qaydaları, universitetdən xaric edilmə halları, eləcə də tədris prosesində davranış qaydaları haqqında tələbələri maarifləndirib.
Sonda isə filial əməkdaşları tərəfindən tələbələrin və valideynlərin sualları cavablandırılıb.




