01 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Masallı 1 saylı Mediasiya Təşkilatının və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə maarifləndirici xarakterli görüş keçirilib. Görüşdə filialın direktoru dosent Xudayar Sultanlı, Masallı 1 saylı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov, mediator Nizami Alışov, filialın Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, mütəxəssis Nadir Babayev və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan direktor, dos. X.H.Sultanlı Azərbaycan Respublikasının Konstitutusiyasının 109-cu maddəsinin 19 və 32-ci bəndlərini rəhbər tutaraq cənab Prezidentimiz İlham Əliyevin 29 mart 2019-cu il tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında Qanun” nun müddəaları, yeni sahə olan mediasiya təşkilatının ölkə əhəmiyyətli, prioritet sahələrdən biri olduğu barədə bildirib. Görüşün təşkilində əsas məqsəd mediasiya təşkilatının məqsəd və vəzifələri, prinsipləri barədə iştirakçıları maarifləndirməkdən ibarət idi. Təşkilatın direktoru X.Əhmədov, mediator N.Alışov mediasiyanın mübahisələrin məhkəmədənkənar həll üsulu olduğunu, məhkəmədə baxılması uzun müddət çəkən bir sıra məsələlərin mediasiya təşkilatı vasitəsilə həm qısa müddətdə, həm də az xərc çəkilməklə həll yolunu tapdığını, mediasiya xərcləri və s. haqqında ətraflı şərh ediblər.
Maarifləndirici görüşün sonunda tələbələrin sualları cavablandırılıb.
