1 may 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında FHN-nin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili “ mövzusunda tədbir keçirilib. Tədbirdə Filialın Tədris və Elmi İşlər üzrə direktor müavini E.Muradlı, İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş.Hüseynov, FHN-nin Cənub Regional Mərkəzin Mülki Müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti,mayor Elşən Ələkbərov, mayor Nizami Dadaşov, FHN-nin Cənub Regional Mərkəzin Mülki Müdafiə idarəsinin Mülki Müdafiə tədbirlərinin planlaşdırması şöbəsinin zabiti, baş leytenant Murad Babayev və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak edib.Tədbir zamanı əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili, eləcə də mülki müdafiə tədbirlərinin mahiyyəti barədə dinləyicilərə geniş məlumat verilmiş və Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici video-çarx nümayiş olunmuşdur.




