Xəbərlər

08 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının birgə əməkdaşlığı çərçivəsində Ümummili lider Heydər Əliyevin 100 illiyi münasibətilə kafedranın müəllimi Rüfət Sabirlinin təqdimatında “1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsini zəruri edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, mütəxəssis Nadir Babayev, müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirin əvvəlində Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova Ulu öndərə həsr edilmiş silsilə tədbirlərin davam edəcəyini, müstəqil Azərbaycanın bütün sferalarda olan uğurunun dahi liderin uzaqgörən siyasəti nəticəsində mümkünlüyünü bildirib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi R.Sabirli 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri edən amillər kimi 1990-cı ildə 20 yanvar hadisəsini, 1988-1994-cü illəri əhatə edən I Qarabağ müharibəsini, 26 fevral 1992-ci ildə törədilən Xocalı soyqırımını, Azərbaycanın parçalanma təhlükəsini, 04 iyun 1993-cü ildə baş verən Gəncə qiyamını, 1993-cü ilin iyun ayında vətəndaş müharibəsi təhlükəsini göstərərək bu aspektdə geniş təqdimat aparıb.
Maarifləndirici görüşün sonunda Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi N.Babayev R.Sabirliyə öz təşəkkürünü bildirərək, ulu öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.