Filial əməkdaşları ADPU-da keçirilən IQAinAR layihəsinin yekun konfransında iştirak ediblər.
Konfransda ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Milli ERASMUS ofisinin direktoru Pərviz Bağırov, IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS) və digər iştirakçıları – Niderlandın “415 International BV” təşkilatı, İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti (UCAM), respublikanın ali təhsil müəssisələrinin Keyfiyyətin təminatı və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişlər.
Eyni zamanda ADPU Cəlilabad filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri D.Əliyeva, Beynəlxalq əlaqələr üzrə koordinator Ə.Əmənov iştirak ediblər.