Xəbərlər

5 Oktyabr 2026 – cı il tarixində ADPU-nun Cəlilabad filialında “Beynəlxaq Müəllimlər günü” nə həsr olunan tədbir keçirilib. Tədbirdə filialın direktoru , dosent X.H.Sultanlı, struktur bölmə rəhbərləri və əməkdaşları , filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, müəllimliyin dünyada ən çətin, eyni zamanda ən şərəfli və müqəddəs peşə olduğunu vurğulayaraq, ölkəmizin qazandığı hər bir uğurun, yetişən hər bir mütəxəssisin – həkimin, mühəndisin, əsgərin arxasında məhz müəllim əməyinin dayandığını bildirib.
Tədbirin davamında filialın tələbələri J.Quliyeva, D.Bayramova, M.Hüseynzadə öz çıxışlarını ediblər.
Daha sonra “Müəllimlər Günü”nə həsr olunan video-çarx izlənilib.
Tədbirin sonunda Filialın əməkdar müəllimləri direktor, dos X.H.Sultanlı tərəfindən “Fəxri Fərman”la təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.