21.05.2026-cı il tarixində ADPU Cəlilabad filialında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir filialın Pedaqoji fakültə dekanlığı, Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrası, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə ADPU Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, direktor müavini, c.ü.f.d E. Muradlı , Pedaqoji fakültənin dekanı p.ü.f.d E.İsmayılova, professor M.Allahmanov, Dil-ədəbiyyat və pedaqoji elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri Y.Dadaşlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri S.İsmayılova, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Q.Əhmədova, Elmi katib N.Babayev, filialın baş müəllimləri T.İsgəndərov, M.Qasımov və müxtəlif ixtisaslar üzrə tələbələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.H.Sultanlı, Səməd Vurğunun Azərbaycan milli şeir sənətinin ulduzu olduğunu vurğulayaraq onun bir sıra şeirlərini səsləndirib. Daha sonra tələbələrə hər zaman Xalq şairinin yaradıcılığına istinad edərək onun şeirlərini öyrənməyi məsləhət görüb.
Tədbirin davamında direktor müavini E.Muradlı, dosent Y.Dadaşlı, professor M.Allahmanov, dekan E.İsmayılova, elmi katib N.Babayev, baş müəllimlər M.Qasımov, T.İsgəndərov şairin həyat və yaradıcılıqlarına istinad edərək onun bir sıra şeir və əsərləri barədə dolğun məlumatları tədbir iştirakçıları ilə bölüşüblər.
Daha sonra Z.Quliyevanın təqdimatı əsasında filialın tələbələri olan M.Hüseynzadə, L.Fətəliyeva, M.İsmayılova, F.İmanova, L.İbadova şairə məxsus olan şeirləri səsləndirərək təhlil ediblər.
Daha sonra TGT nəzdində fəaliyyət göstərən Şən Hazırcavablar klubunun (ŞHK) hazırladığı “Vaqif” pyesi Ə.Abdullazadə, İ.Cabbarov, O.Məhəmmədov, C.Quluzadə, İ.Dadaşlı, E.Rzayev, T.Zeynalov, X.Rzazadə, Ə.Kərimov, X.Əliyev, İ.Əhmədli, S.Fərəclinin təqdimatı əsasında səhnələşdirilib.




