15 fevral 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “ADPU Həmkarlar İttifaqı Komitəsinin Cəlilabad filialı üzrə 5 illik hesabat seçki yığıncağı” keçirilib.
Tədbirdə ADPU-nun Həmkarlar ittifaqı komitəsinin sədri Vaqif Kamil oğlu Əliyev , komitənin sədr müavini Hüseyn Cavad oğlu Hacıyev, Filialın direktoru, dosent X.H.Sultanlı, müxtəlif struktur bölmənin əməkdaşları, professor-müəllim heyəti iştirak ediblər.Tədbirdə ilk olaraq ADPU-nun Cəlilabad filialı üzrə HİK sədri Şahin Cəbrayılov çıxış edərək tədbiri açıq elan edib.Sonra isə iclasın sədri ADPU-nun HİK sədr müavini H.Hacıyev hesabat üçün sözü Ş.Cəbrayılova verib və onun hesabatı tədbir iştirakçıları tərəfindən dinlənilib. Hesabat ətrafında N.Babayev, İ.Bağırov, T.İsgəndərov, A.İbişov, H.Hüseynov çıxışlar edərək hesabatın qənaətbəxş olduğunu bildiriblər . Daha sonra ADPU-nun Cəlilabad filialı HİK üzrə sədrin seçilməsi üçün yeni tərkib müəyyən olunub. Həmən tərkibə əsasən Ş.Cəbrayılov Cəlilabad filialı üzrə HİK sədri seçilib. Tədbirin yekununda ADPU-nun HİK Komitəsinin sədri V.Əliyev , filialın direktoru dosent X.H.Sultanlı və pedaqoji müəllim heyəti Cəlilabad filialında fəaliyət göstərəcək olan Həmkarlar ittifaqı komitəsinə fəaliyyətlərində uğurlar arzu ediblər .